Deputat: Gələn il Böyük Qayıdışa 4 milyarddan çox vəsaitin nəzərdə tutulması gələcəyə yatırımdırbackend

2025-ci ildə Böyük Qayıdışa 4 milyarddan çox vəsait xərclənməsinin nəzərdə tutulması gələcəyə yatırımdır.

“Yeni Gundem” xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bugünkü plenar iclasında büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu prosesə artıq 18 milyard manat xərclənib: “Bu investisiyaları nəzərə alsaq, 2026-cı ildən sonrakı yeni mərhələnin Azərbaycan iqtisadiyyatının sürətlə böyüdüyü dönəm olacağı görünür”.