Deputat: İranın Azərbaycana uzanan çirkli əlləri tamamilə kəsilməlidirbackend

“DİN tərəfindən Azərbaycanda İranın casus şəbəkəsinə qarşı çox uğurlu əməliyyat keçirilib. Hesab edirəm ki, bu əməliyyatlar davam etdirilməlidir”.

Bunu açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

3.jpg (449 KB)

Deputatın sözlərinə görə, bu günlərdə baş verən hadisələr göstərdi ki, İran Azərbaycana qarşı çox çirkin siyasət həyata keçirir:

“Biz Tehrandakı səfirliyimizə edilən terror hücumundan sonra İranın Azərbaycana qarşı düşmənçilik mövqeyində olduğunun bir daha şahidi olduq. Tehranın siyasətində nə İslam dəyərləri, nə qonşuluq dəyərləri, nə də dostluq, ortaq mədəniyyət dəyərləri var. Onlar həyata keçirdikləri çirkli siyasətləri ilə bunu sübut etdilər. Söhbət sadəcə İrana casusluqdan getmir, burada Azərbaycana qarşı hər zaman qərəzli mövqedə olan bir sıra ölkələrin təmsilçiləri də var. 5-ci kolon adlanan milli satqınlar da həmin qüvvələrin biridir. Bu yaxınlarda “Azad söz”ün yaydığı məlumatlarda da biz şahidi olduq ki, Tehrandakı səfirliyimizə qarşı terror törədildiyi halda onlar bu durumu çirkin yollarla başqa istiqamətlərə yayındırmağa çalışırdılar. Məqsəd İranın törətdiyi terrora başqa don geyindirmək idi, ancaq ifşa olundular. Ona görə də bu cür əməliyyatların davamlı olaraq aparılması vacibdir.

ae5f0492-12dd-32ff-8ee6-e0525ba8a7d8_850.jpg (108 KB)

İran sadəcə bu istiqamətdə Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirmir. Eyni zamanda narkotiklərin Azərbaycan üzərindən başqa ölkələrə keçirilməsi ilə də bağlı dəfələrlə müxtəlif cəhdlər olub. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən bu cəhdlərin əksəriyyətinin qarşısı alınıb. Hesab edirəm ki, İranın Azərbaycana uzanan çirkli əlləri tamamilə kəsilməlidir. Azərbaycan dövləti, Azərbaycan xalqı “dostluğa dostluq var siyasəti” yürüdür, düşmənçiliyə qarşı isə lazımi cavabı verir. Bunu 30 illik işğal dönəmində bütün dünya gördü. İran nəzərə alsın ki, onun ərazisində 30 milyondan çox azərbaycanlı yaşayır, ən azı onları gözünün önünə gətirərək Azərbaycana qarşı düşmənçilik fəaliyyətindən əl çəkməlidir.

f93a956b-e651-341e-ac2a-00fd641eae6c_850.jpg (99 KB)

30 milyon azərbaycanlı 30 milyon mina deməkdir. İran yaxşı olar ki, bu məsələni nəzərdən keçirsin”.Musavat.com