Deputat: Kofeşoplarda 14-15 yaşlı uşaqlar işləyirbackend

Bəzən sosial şəbəkələrdə elə hadisələr baş verir ki, mən qərar verə bilmirəm, bu cinayətdir, ya yox. Valideynlər uşaqları ilə videolar çəkir.

Bunu deputat Naqif Həmzə Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deyib.

Deputat bildirib ki, çox təəssüflər olsun ki, əvvəllər rayon, kənd yerlərində uşaqların məcburi əməyə cəlb edilməsi müşahidə edirdisə, indi bu hal Bakıda artıb: “Yeni açılan kofeşoplarda 14-15 yaşlı uşaqlar işləyir. Biz bir tərəfdən problemlərin həllini görürüksə, digər tərəfdən yeni problemlərin bizə doğru gəldiyini müşahidə edirik. İnanıram ki, gələcək illərdə də sosial şəbəkələrdə baş verən bu cinayətlərin qarşısını ala biləcəyik. İstənilən halda cinayətlərin böyük əksəriyyəti sosial şəbəkələrdə baş verir. Biz çalışmalıyıq ki, bu sahədə işləri, tədbirləri gücləndirək. Vətəndaşların şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkədən istifadəsini biz məcburi etməliyik. əks halda biz bu cinayətlərin qarşısını ala bilməyəcəyik”./APA