Milli Məclisin deputatı Jalə Əliyeva Kürdəmirdə seçicilərlə görüşüb.
“Yeni Gundem”-in məlumatına görə millət vəkili bilidirb ki, 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinin ərazisinə daxil olan Kürdəmir rayonunun Axtaçı – Qarabucaq kəndində rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ilə birlikdə vətəndaşların səyyar qəbulunu keçirtdik.
Deputat bildirib ki,öncə 2024-cü ilin iqtisadi, sosial, diplomatik, siyasi uğurları haqqında danışdıq, ölkəmizdə gedən irimiqyaslı quruculuq işləri, o cümlədən 30 ildən artıq düşmən tapdağı altında qalan ərazilərimizdə həyata keçirilən nəhəng layihələr haqqında məlumat verdik. Eyni zamanda Kürdəmir rayonunda aparılan tikinti-quruculuq işlərinə toxunduq, gələcək planları müzakirə etdik.
Jalə Əliyeva qeyd edib ki, kənd sakinlərinin şikayət və təklifləri dinlənildi, onları narahat edən məsələlərdın bəziləri yerindəcə öz həllini tapdı. Araşdırılması vacib olan məsələlər ilə bağlı müvafiq qurumlara tapşırıqlar verildi. Ümumilikdə kənd əhalisini daha çox narahat edən kəndarası yolun əsaslı təmiri ilə əlaqədar Mərkəzi quruma müraciət etməyə qərar verildi.