Deputat Mahir Abbaszadə Yenigundem.az saytını TƏBRİK ETDİbackend

Milli Məclisin deputatı Mahir Abbaszadə Yenigundem.az xəbər saytını 6 yaşı münasibətilə təbrik edib.

Söz və mətbuat azadlığının təmin edilməsi kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması demokratik inkişafın əsas meyarlarından biridir.

“Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün bütün imkanlar var. Sizin saytınızda bu imkanlardan istifadə edərək öz inkişaf yolunu tutmaqdadır. Düşünürəm ki, Yenigundem.az saytında peşəkar jurnalistlər çalışır və onlar cəmiyyəti maraqlandıran bütün məsələlərə obyektiv, düzgün və qərəzsiz yanaşmağı bacarır. Müasir dövrdə saytın özünə xas olan xüsusiyyətlərindən ən başlıcası onun jurnalistika ənənələrini qoruyub saxlaması, eyni zamanda informasiyanı düzgün, bərabər həmçinin qısa zamanda çatdırmasıdır. Kollektivinizi 6 yaşı münasibəti ilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm”,- deyə o qeyd edib.