Deputat məişət zorakılığı ilə bağlı çıxış etdi – VİDEObackend

Milli Məclisin deputatı Nigar Məmmədova “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişikliklər, habelə 9-cu maddə ilə bağlı fikrini bildirdi.

“Yeni Gundem” Millət vəkili Günay Məmmədovanın çıxışını təqdim edir:

Uzun müddət həssas əhali qrupu ilə işlədiyim dövrdə məişət zorakılığına məruz qalan şəxslərlə çoxsaylı təmaslarım olduğu üçün müzakirəsini apardığımız, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişikliklər, habelə 9-cu maddə ilə bağlı fikrimi bildirdim. Qanunvericiliyin mütəmadi olaraq təkmilləşdirilməsi, aidiyyəti qurumların reallaşdırdığı layihələr zərərçəkən şəxslərin hüquqlarının qorunmasını təmin etsə də bəzi məsələlər hələ də müzakirə olunmalıdır ki, daha effektiv nəticələr əldə edək. 

Belə ki,  məsələ ölkədə psixoloqların hazırlıq səviyyəsini yenidən nəzərdən keçirməyi tələb edir.

İlk növbədə prosesə peşəkar psixoloqlar cəlb olunmalıdır. Hesab edirəm ki, psixoloqların aldıqları təhsil ilə təqdim etdiyi xidmətə ciddi nəzarət edilməlidir. Yəni, psixoloqlar klassifikasiya edilir: klinik, ailə, psixo – pedaqoq, idman sahəsində fəaliyyət göstərən və digər. Məktəb, uşaq psixoloqunun ailə problemlərinin həllində fəaliyyət göstərməsi yolverilməzdir və ya məişət zorakılığına məruz qalan keçid dövründə olan uşaqla da metodika fərqlidir. Bu kimi fəaliyyət həmçinin peşə etikasının pozulması da deməkdir. Psixoloqlar özlərini daim təkmilləşdirməli, mütəmadi qaydada superviziyaya cəlb olunmalı, beynəlxalq yanaşmaları mənimsəməlidirlər.