Milli Məclisin Nəsimi rayonundan seçilən üzvi, Millət vəkili Məlahət İbrahimqızı seçicilərinə müraciət edib.
“Yeni Gundem” xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Əziz Seçicilərimiz dəyərli Nəsimi rayon sakinləri, Bugün artıq Sizlərlə 7 Fevral tarixində Respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk Zəfər seçkisinin, Prezident seçkilərinin təşviqat kampaniyasında 18-ci görüşümüzü keçiririk.
Hər birinizə seçki qərargahının üzvləri adından bu görüşlərdə çox fəal iştirakınıza görə təşəkkür edirəm. Bu görüşlərdə Müzəffər Ali Baş Komandanımıza olan sevginizi əks etdirən sizlərin müdrik çıxışlarınız həm də Azərbaycanı sevməyən, xaricdəki erməni zehniyyətli dövlətlərə və siyasətçilərə, Ermənistandakı revanşist qüvvələrə tutarlı cavablardır. Zəfər seçkisində xalqımız özünün Prezidentini seçməklə bərabər həm də, Azərbaycanı dünyaya Qalib Xalq kimi tanıdan Müzəffər Liderinə minnətdarlıqlarını ifadə edəcəkdir.
Biz seçki qərargahının üzvləri Sizlərin dövlətimizə, dövlətçiliyimizə, çağdaş Dövlətimizin Qurucusu Heydər Əliyevə, möhtərəm Prezidentimiz möhtərəm cənab İlham Əliyevə olan məhəbbətinizin bir daha şahidi olduq. Bu mənda 7 Fevral seçkinin bir xalq hərakatı, el bayramı olacağına zərrə qədər narahatçılıq yoxdur. Çıxışlarınızla bundan sonra da Möhtərəm Prezidentimizin arxasında qranit kimi səfərbər olacağınızı, Dəmir Yumruğun zərrəsi olacağınızı dünyaya bəyan etdiz.
Bu seçkidə vüqarlı Xalqımız ölkəmizin, eləcə də, bölgəmizin təhlükəsizliyinin və dayanıqlı inkişafının qarantı olan və əzmkarlığı, müdrik diplomatiyası, sarsılmaz siyasi iradəsi və qətiyyəti ilə seçilən cəsarəti ilə beynəlxalq aləmdə böyük nüfuz sahibi olan, sözü, imzası və əməli bir olan Qalib Liderimizə növbəti yeddi il üçün yenidən mandat verəcək. Xalqımız bu səsvermə ilə Qarabağın Quruculuğuna, Böyük Qayıdışa, ölkəmizin davamlı inkişafına, xalqımızın rifahına səs verəcəkdir.
Biz əminik ki, 7 Fevralda seçki günü Azərbaycan seçicilərinin izdihamlı və eyni zamanda coşqulu seçki fəllalığı Azərbaycanfobiyalı qüvvələrə layiqli cavab olacaqdır.