Milli Məclisin Nəsimi rayonundan seçilən üzvü, Millət vəkili Məlahət İbrahimqızı seçicilərinə müraciət edib.
Çox dəyərli Nəsimi rayon Seçiciləri və əziz Sakinlər,
Artıq bütün dünyaya məlimdur ki. 7 Fevral 2024-cü il tarixində ölkəmizdə Prezident seçkiləri keçirilir. Bu seçki bəlkə də dünyada analoqu olmayan bir seçkidir. Bütün Xalq böyük sevinc və coşqu ilə bu seçkiyə hazırlaşır. Bütün görüşlərdə əziz Seçicilərimiz bu Seçkini Zəfər seçkisi adlandırır.
Nəsimi rayon Seçiciləri öz arzularını, öz fikirlərini bu seçkilərdə verəcəkləri səslə möhtərəm Prezidentimizə sevgi, inam və etimadlarını ifadə edəcəklərini bildirirlər. Bugünədək keçirilən görüşlərdə iştirak edən hər bir seçici əziz Prezidentimizin təbliğatçısı kimi çıxış edirlər. Bir daha Respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk Zəfər seçkisinin, Prezident seçkilərinin təşviqat kampaniyasında çox fəal iştirakınıza görə Sizin hər birinizə sonsuz minnətdarlığımızı bildiririk. Bu görüşlərdə hər birinizin də ifadə etdiyi kimi bu Zəfər seçkisində xalqımız özünün Prezidentini seçməklə bərabər həm də, Azərbaycanı dünyaya Qalib Xalq kimi tanıdan Müzəffər Liderinə şükran və minnət borcunu ifadə edəcəkdir. Bu seçki bir xalq hərakatı, el bayramı olacaqdır. Sizin hər birinizin çıxışı bir daha Möhtərəm Prezidentimizə olan sonsuz məhəbbət və sədaqətinizi sübut edir. Bu seçkidə vüqarlı Xalqımız ölkəmizin, eləcə də, bölgəmizin təhlükəsizliyinin və dayanıqlı inkişafının qarantı olan və əzmkarlığı, müdrik diplomatiyası, sarsılmaz siyasi iradəsi və qətiyyəti ilə seçilən cəsarəti ilə beynəlxalq aləmdə böyük nüfuz sahibi olan, sözü, imzası və əməli bir olan Qalib Liderimizə növbəti yeddi il üçün yenidən mandat verəcək. Biz əminik ki, 7 Fevralda seçki günü Azərbaycan seçicilərinin izdihamlı seçki fəllalığı Azərbaycanı sevməyən qüvvələrə layiqli cavab olacaqdır. Bu seçkini fərqləndirən cəhətlərdən biri də odur ki, bugünədək Nəsimi rayon ərazisində keçirdiyimiz qırxdan çox görüşdə bir nəfər də olsun hər hansı bir fərdi və ya şəxsi problem qaldırılmayıb. Hər kəs dünyada ilbəil artan təhlükələr fonunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və onun silahdaşı möhtərəm Mehriban xanım Əliyevanın Azərbaycan xalqının rifahının daha da yaxşılaşsırılması və döclətimizin güclənməsi yolunda fədakarlıqlarını qeyd edirlər. Nəsimi rayon Sakinləri məğlubedilməz Azərbaycanın Lideri möhtərəm Prüzidentimizin siyasət və diplomatiya meydanında apardığı prinsipial mübarizəsini yüksək qiymətləndirur və alqışlayır.
Əziz Seçicilərimiz, Sizin hər birinizə təşəkkür edirik. Var olun!
Yaşasın Azərbaycan Xalqı!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!