Milli Məclisin deputatı Məlahət İbrahimqızı seçicilərlə görüşdü.
21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə yaşayan sakinlərlə ənənəvi olaraq keçirilən görüşlərdə seçicilərin qaldırdıqları məsələlər, onların qayğıları, təklifləri dinlənilir. Bir çox məsələlərin həlli ilə bağlı aidiyyatı üzrə müraciətlər edilir. Eyni zamanda bütün seçici müraciətlərinə həssaslıqla yanaşılır. Hər bir qaldırılan məsələ öz həllini tapana qədər diqqətdə saxlanılır.
Deputat ənənəvi olaraq hər ayın ilk və son dördüncü (cümə axşamı günü) günləri saat 15:00-18:00 arasında qəbul keçirir. Ənənəvi olaraq qəbul günləri Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının binasında təşkil olunur.
Hər zaman olduğu kimi seçicilərlə bu görüş də səmimi ortamda keçirildi. “Hər birinizə qaldırdığınız ümumi və şəxsi problemlərə və ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhbərliyi ilə görülən geniş miqyaslı quruculuq işlərinə, həyata keçirilən islahatlara verdiyiniz qiymətə görə çox təşəkkür edirəm”, – deyə millət vəkili seçicilərlə görüşdə vurğulayıb.
Millət vəkilinin seçicilərlə növbəti görüşü 7 noyabr tarixində saat 13:00-18:00 olacaq.