Deputat Naqif Həmzəyev Yenigundem.az saytını TƏBRİK ETDİbackend

Milli Məclisin deputatı Naqif Həmzəyev Yenigundem.az xəbər saytını 6 yaşı münasibətilə təbrik edib.

Millət vəkili saytla bağlı ürək sözlərini bölüşüb:
Yenigundem.az xəbər saytı yarandığı gündən doğru-dürüst informasiya yayan medialardan biridir. Hər şeydən öncə hal hazırda ölkəmizdə formalaşan yeni media və cəmiyyət münasibətlərində saytınızın özünəməxsus yeri və rolu var.

Mən rəhbərlik başda olmaqla bütün kollektivinizi ürəkdən təbrik edirəm. Həmişə qələminizin iti olmasını arzulayıram. Əminəm ki, formalaşdırdığınız fərqli dəsti-xətti qoruyub saxlaya biləcəksiniz. Saytınız həmişə peşəkarlıq mövqeyində olub. Ümid edirəm ki, bundan sonra da bu belə olacaq. Mən sizi bir daha təbrik edirəm. Bütün kollektivinizə uğurlar arzu edirəm”,-deyə o qeyd edib.