Deputat “parlament”də həmkarlarını güllələdi – Ölən varbackend

“Deputat Adqur Xaraziya Abxaziya parlamentinin binasında atəş açmaqda şübhəli bilinir”. “Unikal” xəbər verir ki, bu barədə Abxaziyanın daxili işlər naziri Robert Kiut məlumat yayıb.

“Hadisə yerindən qaçan deputat Adqur Xaraziya Abxaziya parlamentində atışmada şübhəli bilinir. Atışma nəticəsində iki deputat yaralanıb. Onlardan biri Vaxtanq Qolandzia aldığı xəsarətlərdən dünyasını dəyişib”, – Kiut ifadə edib.