Deputat: “Qırmızı attestat alanlar arasında 0-200 bal toplayanlar var, məktəblərdə şagirdlərin qiymətləri şişirdilir”backend

“Hələ də məktəblərdə şagirdlərin qiymətləndirilməsi şişirdilir”.

Bunu deputat Etibar Əliyev Elm və təhsil komitəsinin iclasında deyib.

O bildirib ki, qırmızı attestat alanlar arasında 0-200 bal toplayanlar var:

“Müəllimlərin sertifikasiyası həm də şagirdlərin düzgün qiymətləndirilməsi üçün vacibdir. Hər bir qiymətləndirmənin dərin məsuliyyəti olmalıdır”./Report