Deputat Şahin İsmayılov seçkidə verdiyi vədi unutdu — Şəhid atasından AÇIQLAMA (VİDEO)backend

I Qarabağ müharibəsi şəhidi Paşa Paşayevin atası, Beyləqan rayon, Əlinəzərli kənd sakini  İbrahim Nəsirov qarşılaşdığı maddi-məişət problemləri  ilə bağlı “Sitat.info”-ya danışarkən 83 saylı Beyləqan seçki dairəsinin deputatı Şahin İsmayılovdan da şikayətlənib. 

Belə ki, şəhid atasının sözlərinə görə, seçki dönəmində onunla görüşən Şahin İsmayılov həm ailənin mənzillə təmin edilməsində, həm də

ailə təsərrüfatının qurulmasında köməklik göstərəcəyi ilə bağlı vəd verib. O, şəhid atasına şəxsi telefon nömrəsini verib və seçkidən sonra əlaqə saxlamağı tapşırıb. Lakin sonradan zənglərə cavab verməyib, ailənin vəziyyəti ilə maraqlanmayıb. 

Şəhid atasının bu haqda çıxışını daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.