8 dekabr – Beynəlxalq Rəssamlar Günü İlə əlaqədar Xalq rəssamı Arif Hüseynov və Sirus Mirzəzadə ilə görüşdük.
Onları bu əlamətdar gün münasibətilə təbrik etdim. Həftənin bazar günü olmasına baxmayaraq, Xalq rəssamlarımızla görüşdə mənəvi rahatlıq tapdım.
Səmimi ortamda keçən görüşdə dövlətimizin rəssamlara diqqət və qayğısından, bu sahədə mövcud durum, uğurlar, həlli vacib problemlər, Xalq rəssamlarımızın özlərinin yeni yaradıcılıq planları ətrafında fikir mübadiləsi apardıq.
Xalq şairimiz Zəlimxan Yaqub demişkən: “Görüş var, bir ömrü versən də azdır”. Bugünkü görüşə görə dəyərli ziyalılarımıza bir daha təşəkkür edirəm.