115 saylı Şəki 2-ci Seçki Dairəsinin deputatı Cavanşir Feyziyev növbəti dəfə Şəki şəhərində seçiciləri qəbul edib. Qəbulda 16 nəfər iştirak edib.
“Yeni Gundem” xəbər verir ki, seçicilər üzləşdikləri əmlak mübahisəsi, əlilliyin təyin olunması, təhsil və sağlamlıq problemləri ilə bağlı deputata müraciət ediblər.
Seçiciləri fərdi qaydada dinləyən millət vəkili hər bir müraciətlə bağlı qeydlər aparıb və lazımi tədbirlərin görüləcəyini bildirirb.