Deputat şəhidin məzarını ziyarət etdi – FOTObackend

Bu gün 44 günlük Vətən müharibəsinin iştirakçısı, Şahbuz rayon, Keçili kəndinin qaçaq Quşdanın kötücəsi, qohumumuz Mərhəmət Həmzəyev Rizvan oğlunun məzarını və doğulduğu evində otağını ziyarət etdik.

Bu barədə “Yeni Gundem”-ə deputat Ülviyyə Həmzəyeva məlumat verib.

Mərhəmətin geyindiyi hərbi və mülki geyimlərindən, özünə məxsus əşyalardan ibarət otağı var. Otağın baş ucunda gələnləri fotoəksdən boylanaraq özü qarşılayır.
Şəhidimizin atası Rizvan bəyə, anası Qərənfil xanıma, gələcəkdə pilot olmaq istəyən qardaşına, bacısına, əmisinə bütün yaxınlarına başsağlığı verir, uca Allahdan səbir diləyirəm.
Şəhidimizin adına inşa olan bulaqdan su da ehsan etdik.
Nəzərimdən heç qaçmadı. Biz burada olan zaman, nə qədər insan, bidonlarla Çınqıllı bulağından çəkilmiş bu sudan istifadə edir.
Çox istərdim, sudan istifadə edən hər kəs Şəhidə hörmət əlaməti olaraq, bulağın ətrafını da səliqəyə salıb getsinlər. Düz bulağın arxasındadır Şəhidimizin evi və Şəhidimizə, ailəsinə hörmət əlaməti olaraq su doldurmağa gələn insanlardan artıq dərəcədə xahiş edirik, nəqliyyatın musiqisini yüksəkdən oxutmasın çünki Anası, ailəsi, qonşuları çox narahat olur. Düşünürəm buna kənd camaatı özü nəzarət etməlidir və təbii ki, səlahiyyətli orqanların da diqqətində olmalıdır.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Ruhu şad, məkanı cənnət olsun!