Milli Məclisin deputatı Sevinc Hüseynova seçiciləri ilə növbəti qəbul keçirib.
Deputat Gədəbəy rayonunun Arabaçı kəndində və Yeni Azərbaycan Partiyasının Gədəbəy Rayon Təşkilatının inzibati binasında vətəndaşları qəbul edib.
Millət vəkilinə sakinlərin müraciətləri əsasən elektrik təchizatının yaxşılaşdırılması, sosial, məşğulluq və digər məsələlərlə bağlı olub.
Qəbulda YAP Gədəbəy Rayon Təşkilatının sədri Rüstəm Nağıyev də iştirak edib.