Azərbaycana qarşı aparılan təhdidlərdən biri də qadn və uşaqlarla bağlı sığınacaqların açılması ilə bağlı olan qrantlarla bağlıdır.
“Yeni Gundem” xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqzı deyib.
“Ölkə daxilində mülki müqavilə əsasında bəzi şəxslər qrantlar alır. Bunu Azərbaycana təhdid kimi anlamaq lazımdır. Belə ki, həmin şəxslər qadın və uşaqların sığınacaqlara yerləşdirməsi adı ilə sığınacaq açmaq üçün qrantlar alır. Bu ailə institiumuzun təhlükə altına salınması risklərini artırır. Təklif edirəm ki, qrant haqqında qanuna təkrar baxılsın. Daha ciddi təkmilləşdirilmələrə ehtiyac var”, – deputat oktyabrın 22-də “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zamanı deyib.
Azərbaycanda “qrant haqqında” qanun bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.