Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva növbəti dəfə vətəndaş qəbulu keçirəcək.
“Yeni Gundem” xəbər verir ki, bu barədə məlumatı millət vəkili özü verib.
Deputat bildirib ki, noyabrın 23-də saat 11:00-da Naxçıvan şəhəri Qaraxanbəyli Kənd mərkəzində vətəndaş qəbulu olacaq.
Qəbul zamanı millət vəkili seçicilərinin problem və qayğıları ilə maraqlanacaq, onların şikayətlərini dinləyəcək.