Deputat Ülviyyə Həmzəyeva vətəndaş qəbulu keçirəcəkbackend

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva növbəti dəfə vətəndaş qəbulu keçirəcək.

”Yeni Gundem” xəbər verir ki, bu barədə məlumatı millət vəkili özü verib.

Deputat bildirib ki, dekabrın 12-də saat 11:00-da Babək rayonu, Qahab kənd Mərkəzində vətəndaş qəbulu olacaq.

Qəbul zamanı millət vəkili seçicilərinin problem və qayğıları ilə maraqlanacaq, onların şikayətlərini dinləyəcək.