Deputat: Yol tikintiləri uzun müddət xalqın rifahına xidmət edirbackend

Yol tikintisi və digər sosial infrastruktur layihələri dövlət büdcəsi hesabına icra olunur və uzun müddət xalqın rifahına xidmət edir.

“Yeni Gündəm” xəbər verir ki, bunu 2021-ci il üçün dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Azər Badamov deyib.

“Lakin bəzi hallarda müəyyən layihələr keyfiyyətsiz icra olunduğu üçün qısa müddətdə yararsız vəziyyətə düşür. Belə hallar insanlarda xoşagəlməz fikir formalaşdırır. Dövlət büdcəsi hesabına həyata keçirilən layihələrə müvafiq orqanlar tərəfindən nəzarətin artırılmasını vacib hesab edirəm”, – deyə deputat qeyd edib.