Deputatın ad günüdürbackend

Milli Məclisin deputatı Elnarə Akimovanın bu gün duğum günüdür.

Cəmiyyətdə böyük nüfuz sahibi, səmimi, dəyərli, sadə, təvazökar, vətənpərvər bir insan kimi tanınan Elnarə Akimovanın 47 yaşı tamam olur.

”Yeni Gündəm” in məlumatına görə,Elnarə Akimova 28 yanvar 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1995–1999-cu illərdə bakalavr, 1999–2001-ci illərdə magistr təhsili alıb. 2001–2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 2006-cı ildə “Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)” mövzusunda namizədlik, 2017-ci ildə “Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hazırda filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin və “Ədəbiyyat qəzeti”ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiridir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, iki oğlu var.

Elnarə Akimova 2001-ci ildən ədəbiyyat tarixçisi kimi elmi fəaliyyətə və çağdaş ədəbi prosesdə tənqidçi kimi fəaliyyətə başlamışdır. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun“Müasir Azərbaycan ədəbiyyatı” şöbəsində işə başlamış (2001), kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrini icra etmişdir. 2011–2016-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası nəzdində olan Elmi Seminarın üzvü, 2012–2016-cı illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Azad Həmkarlar Təşkilatının sədr müavini olmuşdur.

2019-cu ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən ədəbiyyatşünaslıq üzrə Koordinasiya Şurasının üzvüdür.

2019-cu ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür .

Cəfər Cabbarlı Komissiyasının üzvü, Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatının ekspertidir.

2015-ci ildən ölkənin nüfuzlu “Ədəbiyyat qəzeti”ndə Azərbaycan ədəbiyyatının yaradıcıq problemlərindən bəhs edən elmi-nəzəri yazılarla çıxış edir.

Ondan artıq kitab, yüzlərlə məqalənin müəllifidir. Elnarə Akimova çox sayda beynəlxalq elmi konfrans və simpoziumların iştirakçısı olmuş, məruzələr etmiş, məqalələri nüfuzlu xarici və ölkə elmi məcmuələrində dərc olunmuşdur. Hər il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “İlin ədəbi yekunları” elmi-yaradıcılıq müşavirəsində məruzə edir. Müxtəlif Dissertasiya Şuralarında ekspert və opponent kimi çıxışlar edir. Rəhbərlik etdiyi doktorantların (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Dillər Universiteti) bir alim kimi formalaşması üçün nəzəri-metodoloji tövsiyələrini verir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilmişdir.[2]Elnarə Akimova 2024-cü il növbədənkənar parlament seçkilərində 46 saylı Sumqayıt beşinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü kimi seçkiyə qatılıb. Qələbə qazanaraq Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı seçilib.

Milli Məclisin Elm və təhsil komitəsi və Mədəniyyət komitəsinin üzvüdür.

2024-cü il oktyabrın 8-də Azərbaycan – Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3] Dekabrın 29-da Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibinə daxil edilib.[4]

Azərbaycan Respublikası Milli MəclisiRusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının üzvüdür.

Elnarə Akimova həm də AzərbaycanBirləşmiş Ərəb Əmirlikləri, AzərbaycanFinlandiya, AzərbaycanLitva, AzərbaycanMisir, AzərbaycanRumıniya, AzərbaycanRusiya, AzərbaycanParaqvay, AzərbaycanQvatemalaparlamentlerarası əlaqələr üzrə işçi quruplarının üzvüdür.

Qeyd edək ki, deputat Elnarə Akimova bir çox fəxri adlara və mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Şans” nominasiyası — 2013

AMEA Rəyasət heyətinin “Fəxri fərman”ı — 2014

AMEA Rəyasət heyəti Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı −2015

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “İlin gənc alimi” mükafatı −2015

Azərbaycan Yazıçılar Birliyi və “Ədəbiyyat qəzeti”nin “Əli bəy Hüseynzadə mükafatı” — 2016

Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı” mükafatı −2018

İlin tənqidçisi. APA Holdinq “Kulis.az” saytı — 2019

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Fərmanı- 2019

AMEA-nın Rəyasət Heyətinin “Fəxri fərman”ı — 2021

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Nizami Gəncəvi” döş nişanı – 2021

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Yaşar Qarayev” mükafatı — 4 mart 2024

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 02 fevral tarixli 4289 saylı sərəncamı ilə elmi və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalı” — 27 mart 2024.

“Gündəm Media Group”un direktoru Təbriz Məhərrəmoğluda deputat Elnarə Akimovanı doğum günü münasibətilə təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayır!