Deputatın qardaşı oğlu HƏDƏFƏ ÇEVRİLİR… – ÇÜNKİ…backend

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində maliyyə yoxlamalarının aparılması nəzərdə tutulub. Dia-az.info bu barədə hökumətdəki mənbələrə istinadən xəbər verir.

Qeyd edək ki, keçən günlərdə sözügedən dövlət idarəsi tərəfindən həyata keçirilən bir sıra qanun pozuntuları ilə bağlı faktları təqdim etmişdik.

YAZISI BURADA: https://yenigundem.az/quba-xacmaz-regional-gencler-ve-idman-idaresinde-dovletin-qanunlari-bele-pozulur-ilginc-faktlar/

Məlumatı verən mənbə iddia edir ki, zatən “əsgisi tüstülü olan” Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi yenidən gərəkən qurumların diqqətini cəlb edib.

Qeyd edək ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə rəhbərlik edən Nəcəf Novruzov deputat Siyavuş Novruzovun qardaşı oğludur. O, uzun müddət Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi olmaqla bərabər, həm də Yeni Azərbaycan Partiyası Nərimanov rayon Təşkilatının sədr müavini vəzifəsində çalışıb.

Dia-az.info xəbər verir ki, Nəcəf Novruzov Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi olduğu dövrdə də satınalmaların təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, idman malları, əyani vəsait, hədiyyələr və s. xidmətlər üzrə keçirilmiş kotirovka sorğularının nəticələrini ictimaiyyətə açıqlamamışdır. İdarə tərəfindən 2022-ci ildə idman malları, əyani vəsait, hədiyyələr və s. xidmətlərin satınalması üzrə qalib seçilmiş “BONNET AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 49.550 manat məbləğində satınalma müqviləsi bağlanılmışdır. Adıçəkilən MMC bundan başqa heç bir satınalmada iştirkçı olmamış, hazırda isə riskli vergi ödəyicilərinin siyahısına daxil edilib və 6098.16 manat vaxtında ödənilməyən vergi borcu var. Bu da Nəcəf Novruzovun rəhbərliyi dövründə Nərimanov rayon Gənclər və İdman İdarəsinin şübhəli MMC ilə işbirliyində olduğunu deməyə əsaslar verir.

Yəni deputatın qardaşı oğlu olduğu bütün yerlərdə heç də müsbət təəssürat yaratmayıb.