Deputatın qardaşı oğlunun rəhbərlik etdiyi şirkət QSC-dən MMC-yə çevrilirbackend

Ölkənin aparıcı siqaret istehsalçısı olan “Tabaterra” QSC (VÖEN-2904520941) təşkilati-hüquqi formasını dəyişərək məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrildiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, nizamnamə kapitalı 78 milyon 10 min manat olan “Tabaterra” QSC 2017-ci ildə dövlət qeydiyyatına alınıb.
QSC-nin qanuni təmsilçisi Elman Bəşir oğlu Cavanşirdir.
Qeyd edək ki, Elman Cavanşir Milli Məclisin deputatı Cavanşir Feyziyevin qardaşı oğludur. Elman Cavanşirin adı 2 il əvvəl çirkli pulların yuyulmasında hallanıb. İngiltərənin Milli Kriminal Agentliyi Elman Cavanşir və Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt məbləğində vəsaiti müsadirə edib. Dondurulmuş vəsaitin ümumi məbləği 15,3 milyon funt sterlinq təşkil edib, onun üçdə birini – 5,6 milyon funt sterlinqini məhkəmə müsadirə edib.