“Saatlı rayonu kəndlərinin hər dörddən birinin qazı yoxdur. Mən hər il büdcə müzakirəsində bu məsələni qaldırıram, lakin heç bir hərəkət yoxdur”.
“Yeni Gundem” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əziz Ələkbərli deyib.
Deputat bildirib ki, Saatlıdakı qazsız kəndlərin hamısı bir-birinin yanındadır, tam düzənlik ərazidir, qaz magistral xətləri bəzi qazsız kəndlərin yaxınlığından keçir:
“Belə olan surətdə bu kəndlərə qaz çəkilişi hansı əsasa görə “iqtisadi cəhətdən səmərəsiz” sayılır?”
Deputat Elman Nəsirov isə Cəlilabadda 5423 evdə qaz olmadığını deyib.
Onun sözlərinə görə, xüsusilə İranla sərhəddə yerləşən evlərdə qazın verilməsi sürətləndirilməlidir.
“Bizim ayda ən azı 2 dəfə sakinlərlə görüşümüz baş tutur. Onlar “Azərişıq”dan razı olsalar da, təəssüf ki, “Azəriqaz”la bağlı bunu deyə bilməyəcəm”.