Deputatlığa namizədin şirkəti cərimələndi – Vergi borcu da varbackend

“Mak.Go Global” MMC cərimələnib.

Pravda.az-ın xəbərinə görə, qərar Sumqayıt Şəhər Məhkəməsində hakim Vüsalə Qasımovanın sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

Qeyd: Dövlətə 48 436 AZN borcu olan şirkətin qanuni təmsilçisi İlyaz Ayaz oğlu Qocamanovdur. MMC-nin 2020-ci ildə keçirilən parlament seçkilərində deputatlığa namizəd Ayaz Qocamanova məxsus olduğu bildirilir.