Diqqət: Bakıda mayın 21-də saat 02:00-dan etibarən…backend

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

21 may saat 02:00-dan 24 may saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospekti istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.