Diqqət: Mayın 24-dən məhdudlaşdırılacaqbackend

Mayın 24-dən “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi”nə (bq.edu.az) giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinə 2024-cü ilin iyul ayından başlanılması planlaşdırılır.

Bununla bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.