14-15 dekabr tarixlərində Gəncə Memorial Hospitalın rəhbərliyinin xüsusi dəvətilə Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya Kafedrasının dossenti, Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri, həkim Otorinolarinqoloq t.ü.f.d. Dr.Məzahir Quliyev tərəfindən tibbi aksiya həyata keçirilib.
”Yeni Gundem” xəbər verir ki, aksiya çərçivəsində pasiyent qəbulu təmənnasız olaraq həyata keçirilib. Aksiyadan Gəncə şəhəri və ətraf regionlarda yaşayan sakinlər yararlanıb. Bu xeyirxah aksiyada mütəxəssis həkimlər öz peşəkar təcrübələri vasitəsilə burun, boğaz, qulaq və baş-boyun nahiyəsində yaranan müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsini həyata keçiriblər.
Aksiyanın əsas məqsədi əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanması və müalicəsini təmin etmək, eyni zamanda sosial dəstək göstərərək ehtiyaclı pasiyentlərə lazımi tibbi yardım göstərməkdir.