“Bu günlərdə hər birimiz pərişan şəkildə Türkiyədə olan faciəni izləyirik. Özümü onların yerində hiss edib dərindən sarsılıram, çünki mən bir övlad, qardaş, ata ən nəhayətində insanam. Xilasedicilərin daşın altından çıxartdıqları hər bir canlını gördükdə sanki orada olmuş kimi, onlarla birgə göz yaşı axıdırıq.12 fevrala qədər Türkiyədə rəsmi matəm elan olundu! Ancaq bu gün gördüyüm hadisə məni dərindən sarsıtdı. Bu qədər faciənin içərisində Türkiyədən Bakıya məlum konfrans keçirmək üçün “türk” göz həkimləri gəlib. Həm də şərab səfası ilə əylənərək şam yeməyi süfrəsinə oturublar. Sözün bitdiyi yerdir! Bir anda gözümün qabağına orada yaşanan hadisələr gəldi. İnsanlıq, türklük adına utandım!”, deyə T.Qəlbinur əlavə edib.