22 fevral 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
AMB-dən verilən məlumata görə, hərracda tələb 108.1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 5.4% çoxdur. Belə ki, 20 fevralda keçirilən valyuta hərracında banklar 102.6 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, cari ilin fevral ayında keçirilən son dörd hərracda dollara tələb 100 milyondan çox olub.