DOST 30 sanitar qovşağı olan ofis icarəyə götürür – Aylıq 180 min manatabackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, Agentliyin inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderinin qalibi Vəliyeva Validə Rəhim qızı olub.

DOST 7800 kv. metr ofis sahəsini 5 ay müddətinə icarəyə götürür və icarə haqqı olaraq V. Vəliyevaya 897 min manat (aylıq 179 min 400 manat) ödəyəcək.

Məlumat üçün bildirək ki, azı 85 otaqdan ibarət olan ofisdə 24 ədəd rəhbər otağı, 30 sanitar qovşağı və 6 mətbəxi var.