Prezident İlham Əliyev “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1062-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 15 yanvar tarixli 252 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
“Yeni Gundem” xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1062-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 498 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. beşinci abzasdan “45-ci maddəsinin birinci hissəsində,” sözləri çıxarılsın;
1.2. səkkizinci – on dördüncü abzaslar müvafiq olaraq doqquzuncu – on beşinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
“həmin Qanunun 45-ci maddəsinin birinci hissəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirirlər;”.
2. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 31 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.2-ci bəndə “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi” sözləri əlavə edilsin;
2.2. 2.4-cü bəndə “Ədliyyə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi” sözləri əlavə edilsin;
2.3. 2.5-ci bəndə birinci halda “münasibətdə” sözündən sonra “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi,” sözləri əlavə edilsin;
2.4. 2.6-cı bənddə “(məhkəmə-psixiatriya) ekspertizası” sözləri “, məhkəmə-psixiatriya ekspertizaları” sözləri ilə əvəz olunsun və həmin bəndə “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, hərbi qulluqçulara və hərbi məhkəmələrin (hərbi prokurorluqların) səlahiyyətlərinə aid edilmiş cinayət işləri və inzibati xətalar haqqında işlər üzrə hərbi qulluqçu olmayan şəxslərə münasibətdə məhkəmə-tibb ekspertizası sahəsində həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi” sözləri əlavə edilsin;
2.5. 2.9-cu bəndə “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, Müdafiə Nazirliyi” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1062-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.