Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası inzibati-tədris binasının mühafizə xidmətinə 88 910 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, Akademiya bu məqsədlə “Gesco” ASC ilə müqavilə bağlayıb.
Mühafizə Xidmətinin heyətinə 7 nəfər daxildir.