Dövlət imtahanına gələn qızları biabırçı şəkildə yoxladılar – VİDEObackend

Rusiyanın Voronej vilayətində məktəbli qızların Dövlət İmtahanından əvvəl alt paltarlarınadək axtarılmasının videosu yayılıb. BAKU.WS xəbər verir ki, müvafiq kadrları “Baza” teleqram kanalında yayımlayıb.

Görüntülərdə qızların birinin metal detektordan keçməyə bir neçə dəfə cəhd etdiyi, lakin geri göndərildiyi göstərilir. Bir neçə cəhddən sonra o, binanın çıxışına doğru uzaqlaşır.

Bundan əvvəl isə məktəbli qızlardan biri məktəbin girişində küçədə alt paltarını çıxarmalı olduğunu bildirib.

Digər qız deyir ki, o da məktəbin qarşısında küçədə soyunmalı olub və qız tələbələr əllərində alt paltarı ilə binaya qayıdıblar.

Voronej vilayətinin Təhsil Nazirliyinin rəsmiləri bu görüntülərlə bağlı yaranmış qalmaqala cavab verib.

Şöbənin nümayəndələri məktəbli qızların Dövlət İmtahanda belə üsulla axtarılmalarının etik olduğunu bildiriblər.