Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi dəyişdibackend

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi dəyişib.

“Yeni Gundem” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi kollegiyanın üzvləri sırasına daxil edilib.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri kollegiyanın üzvləri sırasından çıxarılıb.