“Dövlətdən 1000 manat yardım aldım” – Nazimbackend

“Faytonçu” ləqəbli müğənni Nazim Pişiyari dövlətdən maddi yardım aldığını deyib.

“Yeni Gündəm” xəbər verir ki, sənətçi bu haqda “Hüseynova bacıları” verilişində deyib. O bildirib ki, vergi ödəyicisi olduğu üçün ona da dəstək edilib:

“Vergi ödəyicisiyəm. Azad sahibkaram. Dövlət bizlərə yardım etdi. Mən dövlətdən 1000 manata qədər kömək aldım. Mənim kimi digər həmkarlarım da vergi ödəyicisidirsə, dəstək alıblar”.