Dövlətimiz tərəfindən COP29-un keçirilməsi ilə əlaqədar beynəlxalq müstəvidə fəal iş aparılır – Fatma Yıldırımbackend

Əziz həmvətənlər!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən COP29-un keçirilməsi ilə əlaqədar beynəlxalq müstəvidə fəal iş aparılır. Məqsəd COP29-un yüksək səviyyədə keçirilməsi və qlobal iqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq birliyin həmrəyliyinə nail olmaqdır.
İqlim dəyişiklikləri artıq bütün dövlətlər qarşısında qlobal çağırış olaraq dayanır. Buna görə də deyə bilərik ki, dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Şübhə yoxdur ki, etibarlı tərəfdaş olan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq.
Hesab edirəm ki, COP29 iqlim dəyişiklikləri ilə qlobal mübarizədə dünya ölkələrinin həmrəylik tədbiri olacaq. Bu məqsəd üçün çalışan Azərbaycanın təşəbbüsləri ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq. COP29-da qəbul olunacaq qərarlar beynəlxalq ictimaiyyətin uzunmüddətli birgə səylərini özündə ehtiva edəcək.

#COP29Azerbaijan