Günümüzün Müsyo Jordanı;-Makron Müsyo Jordan kimi y
Parisi yenidən partladır. Və ya öz güzündə tiri görməyən Makron, Azərbaycanda mikroskopla tük axtarır.
M.F.Axundova Allah rəhmət eləsin yəqin ki, sağ olsaydı Fransa xalqının Makron kimi üzdəniraq dövlət adamlarının yarıtmazlığı ucbatından rəzil vəziyyəti ilə bağlı, eləcə də, eləcə də günümüzün Müsyo Jordanının üzləşdiyi reallığı daha yaxşı formada qələmə alardı. Və sözsüz ki, müasir dövrün Müsyo Jordanlarının başqasında tük axtarmasını, sonunun əvvəli gəlmiş Avropanın bugünkü tragikomik vəziyyətini daha gözəl təsvir edərdi. AŞPA, AP, ATƏT kimi ikiüzlü, qərəzli, fəaliyyət prinsipi erməni lobbisinin maliyəsilə əsasında olan təşkilatlar və müxtəlif hegemon qüvvələrin süfulyorluğu ilə danışan Makron və onun kimi Avropanın marianet, marginal liderləri hakimiyyətlərinin ömrünü uzatmaq üçün danışdıqlarını belə bilmirlər. Görünür Avropanı getdikcə üfünət qoxusuna qərq edən kənd təsərrüfat işçilərinin və fermerlərin hələ də etiraz manifestosunu eşitmirlər və ya qulaqardına vururlar. Hətta Parisi üfünət elə bürüyüb ki, ölkəni bu üfunətdən xilas etmək üçün fransız parfumeriyayası da xilas edə bilmir. Bəlkə son vaxtlarda çox populyar olan ərəb parfumeriyası və ya COVİD19-la mübarizədə istifadə edilən dezinfektorlar bu üfunəti azalda. Əslində Fransa tarixində üfünətli günlərin olması ilk deyil.
Dəhşətlisi odur ki, dünən Avropanın bütün fermerləri Parisin bütün yollarını kənd təsərrüfatı texnikası ilə tamamilə bağladığı halda Avropa liderləri bu mənzərəni demokratiya hesab edərək görməməzliyə vururlar. Özlərini demokrstiya, insan hüquqları keşikçisi, söz azadlığı, sərbəst toplaşma hüququ azadlığı aşiqi hesab edən fransız polisi mitinqçilərə qarşı amansızlıqla divan tutaraq, acımadan zorakılıq törədirdilər. Elə dünən (fevralın 1-də) axşam mitinqçilər tərəfindən Brüsseldə Avropa İttifaqının, Avropa Parlamentinin binalarının müasirəyə aldındığı vaxtda, Avropa liderləri kef məclislərində toplaşırlar.Avropa xalqlarının bu marionet “Liderləri” Avropanın getdikcə daha da ağır böhranla üzləşdiyini görməzlikdən gələrək, heç nə olmamış kimi axşam yeməyində bir-birlərinin şəninə tost deyirdilər. Əslində Aİ coğrafiyasından kənar iki nəfər bir araya gələn kimi haray-həşir qoparırlar… Nə yaxşı ki, Macarıstanın Baş Naziri V.Orban mitinqçilərlə söhbət edirdi. Görünür genetik yaddaşında olan Atilla cəsarəti və türkün ədalət simvolu olan türk qanı cənab Viktor Orbanın Avropadakı həmkarlarından tamamilə fərqli mövqe sərgiləməyə sövq edib. Son ilıər Avropanın öz tarixinin ən ağır mərhələsini yaşamasına baxmayaraq AB Avropa xalqlarının boğazından 50 milyard avronu kəsərək Ukrayna-Rusiya müharibəsini daha da ağırlaşdırmaq üçün, iki qardaş
slavyan xalqını bir-birinə qırdırmağı davam etdirmək üçün səxavət göstərdilər.
Milli dəyərlərin nə olduğunu anlamayan Makron və Makron kimilər bugün uydurduqları çirkin “dəyərləri” bizə Azərbaycana sırımaq istəyirlər. İşin həddinə baxın ki, bu dəyərlərin daşıyıcıları Makronun hökumətində onun təqdimatı ilə yüksək post tuturlar. Bu “siyasətçilər” Fransada, eləcə də Avropada Makronun kamandasının sağ əli, sol qıçı və s. adlanır. Anlamırlar ki, uydurduqları “dəyərlərin” daşıyıcılarına Azərbaycanda yer yoxdur. Makron kimilər anlaya bilməz ki, Azərbaycanın əxlaq kodeksində bu “dəyərlərin” daşıyıcıları ya xəstə, ya da mənəviyyat qüsurlu insanlar adlanır.
Artıq Makronun siyasəti üfunət verir və əminik ki,fermerlərin Parisə, Brusselə gətirdikləri üfünət Makronun və onun kimiləri bundan sonra da boğucu üfunətə qərq edəcəkdir. Ola bilər ki, Makron öz xələflərindən qalma dəyərlərə sadiqlik nümayiş etdirir. Hələ o dövrdə belə Osmanlıda hamam mədəniyyəti olduğu və gündə beş dəfə dəstəmaz alındığı halda Franca kralı Ludovik və onun əsabələri ildə iki dəfə çimərlərmiş. İş o yerə çatıb ki, vaxtında çimmək və təmizliyə, şəxsi gigiyenaya əməl etmək əvəzinə onlar fransız ətirləri istehsal etmək yolunu seçdi.
İndi durum elədir ki, Makronun və Makron zehniyyətli Avropa liderlərini nə Şeyx Nəsrullah, nə Müsyo Jordan, nə Dərviş Məstəli şah kimi “sehirbazlar” xilas edə bilər. Çünki cin şüşədən çıxıb və proseslər geri. dönməzdir. Onların çirkin, üfunətli düşünücələrininə heç əleyhiqaz da kömək edə bilməyəcək. Zaman artıq bu cür siyadətçiləri onların özləri qazdıqları quyularda özləri boğacaq.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı