Son bir il ərzində azad edilmiş ərazilərdə 19 yeni hərbi hissə yaradılıb.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev DSX Sərhəd Qoşunlarının “Qubadlı” və “Qazax” əlahiddə sərhəd diviziyalarının hərbi hissə və bölmələrinə səfəri zamanı bildirilib.
Qeyd olunub ki, həmin müddət ərzində 100-dən artıq sərhəd döyüş məntəqəsinin fəaliyyətə başlayıb.