DSX: COP29-a viza ilə gələn xarici vətəndaşlar üçün sənədlərin rəsmiləşməsi 45, yerli vətəndaşlar üçün 30 saniyə nəzərdə tutulurbackend

COP29 zamanı hər hansı fövqəladə hal baş verərsə, sistemin və şəbəkənin dayanıqlı fəaliyyətinin təmin olunması üçün tədbirlər görülüb.

Bunu Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin zabiti, mayor Nicat Cahidzadə deyib.

O, həmçinin qeyd edib ki, Sərhəd Nəzarətinin əməkdaşları sənədlərin sürətli şəkildə yoxlanılması, tədbirə viza ilə gələn xarici vətəndaşlar üçün 45 saniyə, yerli vətəndaşlar üçün isə 30 saniyə rəsmiləşdirmə prosesi həyata keçirəcəklər.

Nicat Cahidzadə onu da əlavə edib ki, Sərhəd Nəzarətinin Komandanlığı COP29-a hazırlıqla bağlı Azərbaycana gələnlərin pasport nəzarətindən yubanmadan keçə bilməsi üçün xüsusi texniki təchizatla və nəzarət avadanlıqları ilə təmin olunub.

APA