“Mütəmadi olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimin pozulması halları qeydə alınır. Belə faktlar mövcuddur”.
“Yeni Gündəm”-in xəbərinə görə, bu fikirləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirilib ki, hətta bir neçə halda Ermənistan silahlı qüvvələri tərəfindən terror-pozuculuq fəaliyyəti də qeydə alınıb: “Onun da qarşısı qətiyyətlə alınır. Bölmələrimiz tərəfindən adekvaxt tədbirlər görülür. DSX Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə hazırdır”.