DSX-yə yeni sözçü təyin olundubackend

Dövlət Sərhəd Xidmətində (DSX) kadr təyinatı olub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı DSX-nin rəisi general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Rəşad Məşədiyev qurumun Mətbuat Mərkəzinin mətbuat katibi vəzifəsinə təyin edilib.

DSX-nin Mətbuat Mərkəzi “Report”a faktı təsdiqləyib.