Dünya Barış Universitetinin Bakı ofisi açıldı – FOTObackend

Şimali Kipr Türk Respublikasının ən böyük universitetlərindən olan Dünya Barış Universitetinin Bakı ofisinin açılışı baş tutub.

”Yeni Gundem” xəbər verir ki, tədbirdə universitetin rektoru professor dr Mustafa Sağsan və digər ictimai xadimlər iştirak ediblər.


Dünya Barış Universitetinin Azərbaycan ofisinin direktoru Mehdi Şahbazov açılış sözü ilə qonaqları salamladıqdan sonra universitetin Bakı nümayəndəliyinin direktoru təhsil ocağı haqqında məlumat verib, həm də ortaq görüləcək proqramlardan söz açıb: “Hörmətli qonaqlar və dəyərli qardaşlar, sizi görməkdən çox məmnunam. Universitetimiz artıq bir ilini tamamlayır. Yeni konseptdə yaranan dünyanın 5-ci nəsil ilk və tək universitetidir. Bu mövzuda universitetin bir çox layihələri var.Bir millət, iki dövlət olaraq ilk açılan şöbə Azərbaycanda olmalı idi.İstəyirik ki, azərbaycanlı gənclər də qardaş ölkə olan Şimali Kipr Türk Respublikasında istədikləri sahədə özlərini inkişaf etdirsinlər, Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinə öz töhfələrini versinlər. 

Bunun üçün çalışırıq ki, azərbaycanlı gənclərin Şimali Kiprdə təhsilalma imkanlarını genişləndirək. Azərbaycanın Təhsil Nazirliyi və başqa qurumlarla əməkdaşlıq etməkdən məmnun olarıq”.