Gürcüstanın Tiflis şəhərində keçirilmiş yarışda uğurlu çıxış edən universal döyüş növləri üzrə dünya çempionatında güləş üzrə yarışan millimiz bu gün vətənə qayıdıb.
“Yeni Gundem” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, ölkəmizi Dünya Çempionatında 28 idmançı təmsil edib.
Oktyabrın 26-31-i tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Universal döyüş idman növünün Güləş versiyası üzrə Dünya Çempionatında Azərbaycan 28 idmançı ilə təmsil olunub. Universal döyüş federasiyasının prezidenti Azər Həsənovun rəhbərlik etdiyi komanda yeniyetmələr, gənclər və böyük yaş kateqoriyalarında güclərini sınayıblar.
35 ölkədən güləşçilərin qatıldığı yarışda yeniyetmə idmançılarımız 1 qızıl, 3 gümüş, 2 bürünc, gənc güləşçilərimiz 2 qızıl, 1 gümüş, 2 bürünc medal əldə ediblər.
Böyük yaş qrupunda çıxış edən idmançılarımız isə Vətənə 1 qızıl, 2 gümüş, 3 bürünc medulla qayıdıblar.