Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.
“Yeni Gundem” xəbər verir ki, açılış oyununda ev sahibləri Ekvador millisi ilə qarşılaşıb.
A qrupunun görüşü Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın birinci hissəsi başa çatdıqdan sonra yerli azarkeşlər ikinci hissəni gözləyib komandalarına dəstək olmaq əvəzinə, stadionu tərk etməyə üstünlük veriblər. Bunun nəticəsində ikinci hissədə stadionun yarısı boş qalıb.
Qətərli azarkeşlərin bu addımı futbol ictimaiyyəti tərəfindən tənqidlə qarşılanıb.BAKU.WS