Bu gün artıq Rusiyada 21-ci dünya çempionatına start veriləcək.
“Yenigundem” xəbər verir ki, bütün dünyanın gözü bu gündən etibarən Rusiyadakı oyunlara yönələcək.
Bir-birindən maraqlı 63 oyun baş tutacaq və sonda 1 qalib müəyyənləşəcək.
Bundan öncəki 20 mundialda bir-birilə ən çox qarşılaşan ölkələr aşağıdakılardır:
7 dəfə – Braziliya – İsveç (Braziliya 5 qələbə, 2 bərabərlik)
7 dəfə – Almaniya – Argentina (Almaniya 5 qələbə, 2 bərabərlik)
Bunların yenidən bu mundialda qarşılaşacaqları bilinməsə də, İsveç çıxmaq şərti ilə digər üçü əsas favoritlər hesab edilirlər.