5 dekabr Dünya Torpaq Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Bu barədə “Yeni Gundem”-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin və 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinin iştirak etdiyi aksiyada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd həm ətraf mühitin qorunması, həm də bu günün mahiyyətini vurğulamaq, eyni zamanda gənclərin diqqətini təbiətin qorunmasına cəlb etməklə təbiətə töhfə verməkdir.