“Rammstein” qrupunun solisti, məşhur rok ifaçısı Till Lindemann Azərbaycana gəlir. “Yenigundem” xəbər verir ki, onun Bakıya gəlmə səbəbi pərəstişkarları ilə görüş keçirməsidir.
Görüş dekabrın 15-də Bakı Kitab Mərkəzində baş tutacaq, orada avtoqraf sessiya keçiriləcək.
Qeyd edək ki, rok ifaçısı sonuncu dəfə ötən il Bakıya gələrək “Jara” musiqi festivalında iştirak edib