Dünyanın ən çirkin şəhərləri – Siyahıbackend

Dünyanın ən xoşagəlməz, çirkin şəhərləri hansılardır? Bu kateqoriyada olan şəhərlər əsasən plansız salınmış, infrastruktur cəhətdən geri qalan şəhərlərdir. Qeyd etdiyimiz şəhərlər içərisində ölkələrin paytaxtı olan, iri meqapolis şəhərləri də var.

“Yeni Gündəm” olaraq həmin şəhərləri təqdim edirik.

Qvatemala, Qvatemala

Cinayətkarlığın kifayət qədər yayıldığı bu şəhərdə, əksər binalar uçmaq təhlükəsiylə üz-üzədir. Bu şəhər, paytaxdan çox kasıb əyalət qəsəbəsini xatırladır.

Meksika, Meksika

Meksika şəhəri dünyanın ən təhlükəli şəhərlərindən biri kimi tanınır. Dünyanın ən çirkli şəhərlərindən biridir və demək olar ki, gəzinti üçün normal parkı belə yoxdur.

Əmman, İordaniya

Dünyanın ən möhtəşəm tarixi məkanlarına ev sahibliyi edən bu paytaxt şəhəri, çirkli, xaotik küçələrdən və bir-birinin üstündə zövqsüz tikilmiş binalardan ibarətdir.

Karakas, Venesuela

Venesuela dünyada gözəllik yarışmalarında inanılmaz müvəffəqiyyəti ilə tanınır. Venesuela qadınları dünyada ən çox plastik əməliyyat etdirməyə görə birincidirlər. Bununla belə, ölkənin bu gözəlliyi görmək mümkün deyil. Şəhər geceqondularla doludur. Paytaxt plansız şəkildə inşa edilib.

Luanda, Angola

Luanda dünyanın ən çirkli və görkəmsiz şəhərlərindən biridir. Bura səyahət etsəniz buna əmin olacaqsınız.

Kişinyov, Moldova

Moldovanın paytaxtı da ən yöndəmsiz şəhərlərdən biridir. Bu sənaye şəhəri uçmaqla üz-üzə qalan köhnə sovet binalarından ibarətdir.

Houston, ABŞ

Houston, əhalisinin sayına görə ABŞ-da dördüncü böyük şəhərdir. Çox çirkli Amerika şəhərləri var. Ancaq Houston, kasıb və evsiz insanların daha çox olduğu şəhərlərdən biridir.